İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Luka Modriç A Seriyasının 30-cu turunda "Torino"ya qarşı keçirilən oyunda meydana çıxıb.


Rekord.az xəbər verir ki, bununla da 40 yaşlı futbolçu son 18 ildə Avropanın "Top-5" liqalarında 550-dən çox oyun keçirən ikinci futbolçu olub.


"Rossonerilər"in 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdə xorvatiyalı yarımmüdafiəçi start heyətində yer alıb və qsonadək meydanda qalıb.


Modriç karyerası ərzində oyunlarının böyük hissəsini İspaniyada "Real"ın (394 oyun) heyətində keçirib. O, həmçinin İngiltərədə "Tottenhem"də 127, "Milan"da 29 matçda iştirak edib.


Avropanın "Top-5" liqalarında ən çox oyun keçirən futbolçu "Atletiko"nun hücumçusu Antuan Qrizmanndır – onun hesabında 555 matç var.