"Neftçi"nin yaxasını qurtarmaq istədiyi daha bir futbolçu da Mirabdulla Abbasovdur.

Rekord.az xəbər verir ki, Mirabdulla ilə bağlı vəziyyəti kritik edən işin maliyyə tərəfidir.

Adam "Neftçi"də 10 min manatdan çox maaş alır. Onu istəyən klublar isə futbolçuya bundan iki dəfə az maaş təklif edir. Məsələn,əldə etdiyimiz məlumata görə, "Kəpəz" Mirabdullaya aylıq 4-5 min manat civarında maaş təklif edib. Lakin hücumçu "Neftçi"dəm 10 min alıb əvəzedici komandada oynamağı daha üstün tutub.