AFFA-nın "Mingəçevir" komandası ilə bağlı xüsusi planı var.

Rekord.az-a bununla bağlı federasiyaya yaxın mənbədən məlumat daxil olub.

Məlumata görə, AFFA yayda sözügedən klubda ciddi dəyişikliklər etmək istəyir. Rəhbərlikdən tutmuş, futbolçulara, infrastruktura kimi, hər şeydə. Hətta klubun büdcəsinin bir qədər də artırılması gündəmdədir. Süni örtüklü ehtiyat meydançanın salınması yönündə işlərə başlanılıb. Mövsüm bitən kimi, əss meydançaya da əl gəzdiriləcək. Mənbəmizin məlumatına görə, AFFA gələn il "Mingəçevir"i də Premyer Liqaya gətirmək istəyir.