Bu bölgə komandasına yeni sponsor gəldi: hədəflər böyükdü
- 15 Okt 2026 13:00
- 739
Salyanın "Kursəngi" komandası yeni mövsüm "Region Liqası"nda iddialı olmağı düşünür.
Rekord.az xəbər verir ki, rayonun eyniadlı kəndini təmsil edən komandaya yeni sponsor da gəlib.
Adı açıqlanmayan şəxsin əslən salyandan olduğu və Polşada da biznes fəaliyyətinin olduğu deyilir. Komandanın qarşısına qoyulan hədəf "Region Liqası"nda qalib olub II Liqaya yüksəlməkdi.