Futbolun İnkişaf Fondu və “Mingəçevir” futbol klubu 2022/2023-cü illər mövsümü üçün limitli sayda mövsümi biletləri təqdim edir.

Rekord.az xəbər verir ki, artıq avqustun 24-dən 1-ci Divizionda oyunlar başlayır.

Oyunlara giriş biletlə olacaq. Biletin qiyməti 1 AZN təşkil edir.

Bununla yanaşı, limitli sayda satışa çıxacaq mövsümi bilet əldə edərək, siz stadionun ən yaxşı yerlərinin birindən klubun keçirilən bütün ev oyunlarını (1-ci Divizion, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə bilərsiniz. Biletin qiyməti 15 AZN təşkil edir.

Saytımıza daxil olan məlumata görə, əslində "Mingəçevir" rəhbərliyi ilk dönəmlər üçün bilet satışı təşkil etmək istəməyib. Onların istəyi o olub ki, giriş pulsuz olsun və daha çox insan komandaya dəstək verə bilsin. Lakin AFFA-dan təlimat alan FİF işə müdaxilə edib və bilet satışının mütləq şəkildə olmasını bildirib.