Mingəçevir şəhəri Olimpiya İdman Kompleksində U-18 qədər 2009-2007-ci il təvəllüdlü gənclər arasında və U-15 qədər 2012-2010-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo idman növü üzrə Regional birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, region birinciliyində iştirak edən Sabirabad rayon idmançıları Əlizadə Amin 38kq , Babayeva Nuray 40kq, Sadıqlı Fatimə 32kq, Mənsimova Safura 28kq, Cəfərli Leyla 36kq birinci yerə, İlyasov Xalid 81kq, Hüseynova Gövhər 36kq, Abuşova Sona 40kq, Ağamalıyeva Xədicə 44kq ikinci yerə, Abbasova Sadət 63kq, Rzazadə Fatimə 40kq, Məmmədli Zəhra 40kq, Qədirli Arif 73kq, Ağayeva Fidan 44kq üçüncü yerə layiq görülmüşdür. Region birinciliyində yer tutan idmançılar 2024-ci ildə keçirilməsi nəzərdə tutulan Cüdo üzrə Azərbaycan çempionatına vəsiqə qazanıb.