Aprelin 3-də I liqanın 20-ci turu çərçivəsində "Mingəçevir" lider "Şəfa"nı qəbul edəcək.

Rekord.az xəbər verir ki, Premyer Liqa şansının davam etməsi üçün mingəçevirlilər bu oyunu mütləq 3 xalla başa vurmalıdır.

Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi qələbə üçün yaxşı mükafat da vəd edib.

Qeyd edək ki, "Mingəçevir" - "Şəfa" matçı aprelin 3-ü, saat 15:30-da Mingəçevirdə oynanılacaq.