Xəbər verdiyimiz kimi, növbəti mövsümdən I Divizionda çıxış edəcək "Mingəçevir" komandasının ev oyunlarını keçirdiyi Mingəçevir şəhər stadionunda təmir işləri aparılacaq.

Rekord.az xəbər verir ki, arenanın inzibati binasında, soyunub-geyinmə, hakim otaqları, VİP loja əsaslı təmir olunacaq.

Bütün bu işləri yerli icra hakimiyyəti edəcək. Qazona əl gəzdirməyi isə AFFA üzərinə götürüb. İşlərə mayın sonları, iyunun əvvəlində start verilməsi planlaşdırılır.