Millinin yekun heyəti açıqlandı
- 19:00
- 46
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.
Rekord.az xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində Bolqarıstan, Litva və Malta yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.
B Liqasının 2-ci qrupunda yer alan millimiz martın 24-də Bolqarıstan, 27-də Litva, 30-da isə Malta seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Bolqarıstanda keçiriləcək.
U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
1. Bilal Hacıyev - Qarabağ
2. Murad Muradov - Zirə
3. Kamil Həsənov - Neftçi
4. Uğur Qurbanlı - Qarabağ
5. Rəşad Gülüşov - Sabah
6. Səttar Tahirzadə - Marcet (İspaniya)
7. Atacan Məmmədov - Marcet (İspaniya)
8. Muhamməd Çodarov - Marcet (İspaniya)
9. İsmayıl Səfərli - Neftçi
10. Amin Rzayev - Qarabağ
11. Raul İsaqov - Kəpəz
12. Nihad Hüseynzadə - Sabah
13. Musa Mustafayev - Zirə
14. Əli Kiçibəyov - Turan Tovuz
15. İbrahim Xəlilov - Sabah
16. Samir Şərifov - Sabah
17. Əli Bəşirov - Qarabağ
18. Kamal Zülfiyev - Sumqayıt
19. Pünhan Kərimov - Marcet (İspaniya)
20. Murad Həmidov - SV Elversberg (Almaniya)
24 mart
17:00. Bolqarıstan (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Mateo Tozan (Sloveniya)
Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya)
Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, “Xristo Botev” stadionu
27 mart
13:00. Litva (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
30 mart
14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.