Millinin sabiq inzibatçısı Coratda komanda yaratdı, Premyer Liqa futbolçularını başına topladı
- 11 Avq 2021 15:00
- 1361
Sumqayıtın Corat qəsəbəsində yeni futbol komandası yaradılıb.
Rekord.az xəbər verir ki, qəsəbənin tarixi adı olan Cürətlə eyni adı daşıyan komandanın həm təsisçisi, həm də baş məşqçisi Məmmədəli Qəniyevdi.
Qəniyev hələ Fuad Musayevin dövründə milli komandalarda inzibatçı vəzifəsində çalışmışdı. Bundan başqa, I Divizionda çıxış etmiş "Şərurspor"da baş məşqçisi, eləcə də "Sumqayıt" Futbol Akademiyasında məşqçi kimi çalışmışdı. "Cürət" hazırda Anatoli Banişevskinin xatirəsinə həsr edilmiş Bakı kənd və qəsəbələrin birinciliyində çıxış edir və qrup səddini uğurla dəf edərək yarımfinala vəsiqə qazanıb. Komandanın heyətində Ruslan Poladov, Mikayıl Rəhimov, Məhəmməd Alıyev kimi Premyer Liqa təcrübəsi olan təcrübəli futbolçular da yer alıb.