
Millinin baş məşqçisi ilə yeni müqavilə
- 10 Mar 2022 12:16
- 510
İrlandiya Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Stiven Kenni ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
51 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer almış İrlandiya millisi Stiven Kenninin başçılığı altında son 10 oyunun cəmi birində uduzub. O, 2018-ci ilin noyabrından bu komandaya rəhbərlik edir.