Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Olena Xarçenkonun formasını geyindiyi Türkiyənin "Çukurova BLD. Adana Demirspor" 7-ci tur görüşü səfərdə keçirib. "Rekord.az" xəbər verir ki, Adana təmsilçisi "Sigorta Shop" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma gərginliyi ilə yadda qalıb. Növbə ilə hərəyə iki set qazanan komandalar oyunun taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə daha yaxşı oynayan voleybolçumuzun komandası qələbə qazana bilib. 5 set davam edən matçda Olena və rəfiqələri 3:2 (22:25, 25:19, 21:25, 26:24, 15:13) hesabı ilə qələbə qazanıblar.

Komandasının növbəti qələbəsini qazandığı görüşü yığmamızın blokçusu ehtiyat oyunçular skamyasından izləyib.