Türkiyədə çıxış edən voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Olena Xarçenko növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 12-ci turda "Sarıyev BLD" klubunu qəbul edib.

Görüş gərginliyi ilə yadda qalıb. 5 set davam edən matçda Olena və rəfiqələri 2:3 (19:25, 25:18, 25:19, 22:25, 13:15) hesabı ilə uduzublar .

Komandasının doğma meydanda qələbəni son anda əldən verdiyi qarşılaşmada millimizin üzvü əvəzetmə ilə oynayıb. Xarçenko meydanda olduğu müddətdə bir dəfə hücumda fərqlənib.