Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Olena Xarçenko Türkiyə çempionatında növbəti oyununu keçirib. "Rəkord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 2-ci turda "Galatasaray"ın qonağı olub.

Görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. 3 hissə davam edən matçda Olena və rəfiqələri quru hesabla uduzublar - 0:3 (14:25, 21:25, 21:25).

Komandasının xalsız qaldığı qarşılaşmada orta oyunçumuz 8 dəfə fərqlənib. Xarçenko bu xallardan 6-nı hücumda, 2-ni isə blokda qazanıb.