Voleybolçu qadınlardan ibarət Azərbaycan millisini üzvü Olena Xarçenko Türkiyə birinciliyində növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 3-cü turda "Aydın B.Şehir BLD" klubu ilə qarşılaşıb. 

Adanada təşkil olunan görüş meydan sahibləri üçün uğurlu alınıb. Olena və rəfiqələri 3 hissə davam etmiş matçda quru hesablı qələbəyə seviniblər - 3:0 (25:20, 25:22, 29:27).

Komandasının növbəti xallarını qazandığı oyunda yığmamızın üzvü ilk setdə meydanda olub. O, bu müddətdə 4 dəfə fərqlənib. Xarçenko xallardan 3-nü hücumda, 1-ni isə blokda qazanıb.