Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Olena Xarçenko Türkiyə birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 13-cü turda "Vakıfbank"ın qonağı olub. 

Səfərdə baş tutan görüş voleybolçumuzn komandası üçün uğursuz alınıb. Adana təmsilçisi güclü rəqibə ciddi müqavimət göstərsə də qarşılaşmadan quru hesablı məğlubiyyətlə ayrılıb - 0:3 (21:25, 22:25, 23:25). 

Komandasının xalsız qaldığı matçda yığmamızın üzvü 8 xal qazanıb. Xarçenko meydan sahiblərini 7 dəfə hücumda, 1 dəfə isə eyslə məyus edib.