Rusiyanın “Tümen” komandasında çıxış edən Azərbaycanın futzal millisinin üzvü Rafael Vilela karyerasını Qazaxıstanda davam etdirəcək.

Rekord.az xəbər verir ki, bu barədə klubun prezidenti Aleksandr Popov Rusiya mətbuatına açıqlamasında deyib.

Popovun dediyinə görə, 29 yaşlı braziliyalı futzalçı növbəti mövsümü icarə əsasında “Kayrat”da keçirəcək: “Siyasi vəziyyət düzəlsə, onu geri qaytaracağıq”.

FİFA və UEFA Rusiya milli komandalarını və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. “Tümen” komandası isə UEFA Çempionlar Liqasının “dördlər finalı”ndan məhrum olub.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.