
Millimizin üzvü rəsmən Niderland klubunda
- 14 Avq 2021 18:44
- 539
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderlandın “Telstar” klubuna keçidi rəsmiləşib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Ozan Can Kökçünün son klubu “Sabah” olub. Yarımmüdafiəçi Azərbaycanın U-21 yığmasında 17 oyuna çıxıb.
“Telstar” Niderlandın 2-ci liqasında mübarizə aparır.