Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tulitsa" 10-cu turda "Proton Saratov"la qarşılaşıb. 

Doğma meydan baş tutan oyun Tula təmsilçisi üçün uğurlu alınıb. 4 set davam etmiş matçda Kristina və rəfiqələri 3:1 (25:23, 25:28, 19:25, 25:17) hesabı ilə qələbə qazanıblar. 

Komandasının hesabına növbəti 3 xalı yazdırdığı görüşdə millimizin üzvü əvəzetmə ilə oynayıb. O, meydanda olduğu müddətdə fərqlənməyib.