Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti tur start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Olena Xarçenkonun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 6-cı turda "Bolu BLD" ilə üz-üzə gəlib.

Adanada baş tutan görüş Olena və rəfiqələri üçün uğurlu alınıb. 3 hissə davam edən matçda meydan sahibləri quru hesabla qələbə qazanıblar - 3:0 (25:21, 25:21, 25:22). 

Komandasının çətinlik çəkmədiyi qarşılaşmada yığmamızın blokçusu meydana çıxmayıb.