Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti tur start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Olena Xarçenkonun formasını geyindiyi "Çukurova BLD" 21-ci turda "İlbank" klubunun qonağı olub.

Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 set davam edən matçda Olena və rəfiqələri quru hesablı qələbəyə seviniblər - 3:0 (2516, 25:13, 25:11).

Adana təmsilçisinin çətinlik çəkmədiyi qarşılaşmada millimizin üzvü əvəzetmə ilə oynayıb. Xarçenko meydanda olduğu müddətdə 5 xal qazanıb. O, meydan sahiblərini 3 dəfə hücumda, 2 dəfə isə blokda məyus edib.

Qeyd edək ki, bu qələbə ilə "Çukurova BLD" xalqlarının sayını 29-a çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.