Voleybol üzrə Azərbaycan yığmamısının üzvü Olena Xarçenko Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Çukurova BLD, Adana Demirspor" 8-ci turda "İlbank" klubunu qonaq edib.

Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda Olena və rəfiqələri quru hesablı qələbəyə seviniblər - 3:0 (25:19, 25:14, 25:18). 

Adana təmsilçisinin çətinlik çəkmədiyi qarşılaşmada millimizin üzvü əvəzetmə ilə oynayıb. Xarçenko meydanda olduğu müddətdə 4 dəfə fərqlənib. O, bu xallardan 2-ni hücumda, 2-ni isə blokda qazanıb.