Rusiya çempionatında çıxış edən Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Kristina Besman növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tulitsa" 24-cü turda "Leninqradka" klubunu qəbul edib. 

Voleybolçumuzun komandası oyuna yaxşı başlayıb və 2:0 hesabı ilə önə keçib. Lakin qonaqlar bundan sonra təşəbbüsü ələ alaraq ardıcıl iki hissəni öz xeyrlərinə başa vurub. Matçın taleyini isə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə rəqibdən zəif oynayan Kristina və rəfiqələri görüşün əvvəlində mühüm üstünlük qazanmalarına baxmayaraq, meydandan 2:3 (25:14, 25:22, 29:31, 18:25, 10:15) hesablı məğlubiyyətlə ayrılıblar.