Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova möhtəşəm çıxışı ilə yadda qalmaqda davam edir. "Rekord.az" xəbər verir ki, Macarıstanın "Vasas" klubunun şərəfini qoruyan təcrübəli blokçumuzun möhtəşəm oyunu Avropa Voelybol Konfederasiyasının (CEV) da diqqətindən kənarda qalmayıb.

Qurum yığmamızın və "Vasas"ın kapitanının Çempionlar Liqasındakı gözəl çıxışına həsr olunmuş xüsusi video çarx hazırlayıb. CEV-in "youtube"dakı rəsmi kanalında "The Best Blocker in the CEV Champions League Volley!" başlığı ilə yerləşdirilən çarxda Abduləzimovanın yarışın müxtəlif qarşılaşmalarındakı möhtəşəm blokları yer alıb.

CEV-in voleybolçumuzun oyunu ilə bağlı hazırladığı videonun linkini təqdim edirik: