Voleybol üzrə qadınlar arasında Macarıstan çempionatında növbıti oyunalr baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Nikalina Başnakovanın formasın geyindiyi "Szent Benedek" 12-ci turda "UTE" klubunu qəbul edib.

Görüş hücumçumuzun komandasının üstünlüyü ilə keçib. Meydan sahibləri bu qarşılaşmadan 3:0 (25:20, 25:19, 25:18) hesablı qələbə ilə ayrılıblar.

Komandasının çətinlik çəkmədiyi görüşdə yığmamızın üzvü 14 dəfə fərqlənməklə matçın ən məhsuldar oyunçusu olub. Başnakova bu xalalrdan 12-ni hücumda, 2-ni isə blokda qazanıb.

Qeyd edək ki, "Szent Benedek" bu qələbə ilə xallarının sayını 21-ə çatdırıb və 3-cü pillədəki yerini qoruyub.