Azərbaycanın qadın futbolçulardan ibarət millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi yığmasına düşüb.


Rekord.az xəbər verir ki, “Zenit”in formasını geyinən müdafiəçi X turun rəmzi komandasına seçilib.


N.Mirzəliyevanın komandası sözügedən turda “Zvezda-2005” ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Start heyətində yer alan Azərbaycan millisinin üzvü matçı əvəzlənmədən keçirib.


Mirzəliyevə daha əvvəl VIII turun rəmzi yığmasına da düşmüşdü. Onun komandası hazırda 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.