
Millimizin forvardı “Sportinq”ə qarşı oynamadı
- 10 Apr 2022 13:30
- 423
Futbol üzrə Portuqaliya çempionatında 29-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Sportinq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Hazırda 25 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.