
Millimizin dünya reytinqində yeni mövqeyi bilindi
- 03 Apr 2025 16:45
- 272
Basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.
Rekord.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.
Yığmamız dünyanın 33-cüsüdür. Komandanın hesabında 93,490 xal var.
Qeyd edək ki, cədvələ Kanada millisi başçılıq edir – 530,573 xal.