Millimizdən İslamiadada ikinci məğlubiyyət
- 17 Noy 2025 19:46
- 247
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.
Rekord.az xəbər verir ki, yığmamız bu dəfə Qazaxıstan ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:31.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Özbəkistana uduzub - 26:28. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.