Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatına hazırlıq çərçivəsində Bakıda növbəti yoxlama matçı keçirib. "Rekord.az" xəbər verir ki, komandamız yenə Belarus yığması ilə üz-üzə gəlib. 

Voleybol Mərkəzində baş tutan görüşdə millimiz 3:1 hesabı ilə qələbə qazanıb. Bu komandalar arasında daha bir oyun olacaq.

Qeyd edək ki, ilk yoxlama oyununda da millimiz qalib gəlmişdi.