
Millimiz yarımfinal oyununa çıxacaq
- 15:00
- 26
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, komanda Bakı vaxtı ilə saat 20:40-da Malta ilə qarşılaşacaq.
Matç Kosovonun paytaxtı Priştinada baş tutacaq.
Azərbaycan millisi ötən gün qrup oyununda Kosovo yığmasına 22:10 hesabı ilə qalib gələrək yarımfinala yüksəlmişdi.
Qeyd edək ki, Avropa Kubokunun təsnifat mərhələsinin qalibi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək əsas mərhələyə vəsiqə qazanacaq.