19 yaşadək qadın futbolçulardan Azərbaycan milli komandasının bu gündən - sentyabrın 18-dən 24-dək Gürcüstanda təlim məşq toplanışı olacaq.

Rekord.az xəbər verir ki, millimiz hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

Komandamız sentyabrın 20-də və 23-də gürcüstanlı yaşıdları ilə qarşılaşacaq.

Millimizin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

1. Şahməmmədova Mehriban - Neftçi
2. İsmayılova Güləsər - Neftçi
3. Əkbərova Aydan - Baku Cuniors
4. Ziyadova Aysel - Qəbələ
5. Mirzəyeva Aytac - Neftçi
6. Hüseynli Fatiməyi Zəhra - Sumqayıt
7. Həsənli Səma - Qəbələ
8. Seyidova Müjgan - Neftçi
9. Əhmədova Fatimə - Baku Cuniors
10. Həsənova Aydan - Neftçi
11. Kocabey Buse Nur - Asyaspor (Türkiyə)
12. Əliyeva Röya - Baku Cuniors
13. Hacıyeva Mələk - Baku Cuniors
14. Piriyeva Şəkər - Gömrükçü
15. Murtuzayeva Aysu - Neftçi
16. Haqverdiyeva İntizar - Neftçi
17. Abbaszadə Lalə - Neftçi
18. Kesmez Sumeyra - Konyaspor (Türkiyə)