Mayın 25-dən Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi hazırlıq prosesinin ilk mərhələsini yekunlaşdırıb.


Rekord.az xəbər verir ki, yığma toplanış zamanı bir neçə yerli klubla yoxlama oyununda üz-üzə gəlib.


Baş məşqçi Erhan Toker bu qarşılaşmalarda bütün oyunçulara şans verib.


Bundan əlavə, milli Türkiyə çempionatında baş tutmuş "Tofaş" - "Bahçeşehir" pley-off oyununu canlı izləmək şansı da əldə edib.


Hazırlıq prosesində əsas məqsəd 5-13 iyul aralığında Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatı C divizionunun oyunlarına hazırlaşmaqdır.