
Millimiz təlim-məşq toplanışına başlayıb
- 14:00
- 32
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litvaya qarşı keçiriləcək ev oyunu üçün hazırlığa start verib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Siyasət Əsgərovun yetirmələri C Liqasının 4-cü qrupu çərçivəsində mayın 30-da, saat 18:00-da, Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq.
Millimizin Bakıdakı təlim-məşq toplanışına 29 futbolçu cəlb olunub. Yekun heyət mayın 25-də açıqlanacaq.