Millimiz Sent Lüsiyaya böyük hesabla qalib gəldi
- 21:01
- 38
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayıb.
Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşıb. Sumqayıtda keçirilən görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edib. Yeddi qolluq görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunu idi. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.
FIFA Series – 2026
27 mart
Azərbaycan – Sent Lüsiya 6:1
Qollar: Emin Mahmudov, 2-pen. Rəhim Sadıxov, 21. Musa Qurbanlı, 37. Toral Bayramov, 64. Vüsal İsgəndərli, 86. Rüstəm Əhmədzadə, 89 - Donovan Filipp, 52-pen.
Baş hakim: Giorgi Kruaşvili
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Koba Revazaşvili (Hakimlər briqadası Gürcüstandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 21. Qismət Alıyev, 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 2. Aydın Bayramov, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Aleksey İsayev, 11. Xəyal Əliyev, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 19. Rüstəm Əhmədzadə, 24. Mustafa Əhmədzadə, 15. Abdulla Rzayev, 26. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Sent Lüsiya: 1. Devon Sent Priks, 4. Eymani Butçer, 5. Doneal Lionel, 6. Melvin Doksilli (k), 7. Kiqan Koll, 9. Donovan Filipp, 10. Şevon Biron, 11. Arkell Cud-Boyd, 13. Bayan Aman, 19. Alvinus Myers, 21. Şaquan Nelson.
Ehtiyat oyunçular: 16. Adee Germe, 3. Ayani Luis, 8. Trent Aleksander, 12. Hemayel Çarleri, 14. Ridel Stanislas, 15. Lester Jozef, 17. Jahlil Evans, 18. Tyerri Morille, 22. Mervin Sent Romain, 23. Darren Donaye.
Baş məşqçi: Stern Con.