Millimiz məğlubiyyətlə başladı
- 17:20
- 34
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokuna məğlubiyyətlə start verib.
Rekord.az xəbər verir ki, B qrupunda yer alan yığma birinci oyununda Kanada ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 16:10.
Milli bu gün meydan sahibləri ilə də münasibətlərə aydınlıq gətirəcək. Sabah isə yığmamız İspaniya ilə görüşəcək.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.