Azərbaycanın badminton millisi III MDB Oyunlarının yarımfinalında məğlub olub.


Rekord.az xəbər verir ki, qarışıq komanda yarışlarında Rusiya ilə qarşılaşıb.


Görüş Azərbaycan yığmasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.


Sabah baş tutacaq finalda Rusiya yığması Özbəkistanla qarşılaşacaq.


Qeyd edək ki, badminton yarışları oktyabrın 5-də başa çatacaq.