Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Rekord.az xəbər verir ki, D qrupunda mübarizə aparan yığmamız Portuqaliyanın Nazare şəhərində İsveçrə seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 5:8 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın qollarını 9-cu dəqiqədə Comərd Baxşəliyev, 17, 26 və 31-ci dəqiqələrdə Orxan Məmmədov və 30-cu dəqiqədə Sabir Allahquliyev vurub.

Bu qrupun digər görüşündə Fransa millisi Estoniya üzərində 4:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı sonuncu matçını Estoniyaya qarşı keçirəcək. Millimiz ilk turda Fransaya 2:0 hesabıyla qalib gəlib.