Qadınlardan ibarət Azərbaycanın stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Pakistana qalib gəlib.


Rekord.az xəbər verir ki, yığmamız C qrupundakı sonuncu matçında 8:3 hesablı qələbəyə sevinib.


Milli komanda bu nəticə ilə qrupu qalib başa vurub və 1/4 finala adlayıb.


Artıq yığmamızın 1/4 finalındakı rəqibi də məlumdur. Komandamız Maldiv adaları kollektivi ilə qarşılaşacaq.