Millimiz Bolqarıstanla səfər oyununa çıxır
- 14:40
- 35
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Rekord.az xəbər verir ki, yığma səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələcək.
Görüş Plovdiv şəhərindəki "Kolodrum Arena"da, saat 21:00-da start götürəcək.
Azərbaycan millisi daha əvvəl Bolqarıstana (48:141), Monteneqroya (62:104) və Ukraynaya (34:98) uduzub. Yığmamız E qrupunda 3 xalla sonuncu - dördüncü sırada qərarlaşıb.