Avropa çempionatına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət millimiz hazırda Sloveniyadadır. "Rekord.az" xəbər verir ki, bu ölkədəki təlim-məşq toplanışı çərçivəsində voleybolçularımız üç yoxlama oyunu keçiriblər.

Komandamız ilk yoxlama matçında Kamerun yığması ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə yekunlaşıb. Qızlarımız növbəti iki yoxlama oyununu isə yerli yığmaya qarşı keçiriblər. Qarşılaşmaların birində Sloveniya yığması 3:1 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşma isə komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz Sloveniyada daha bir yoxlama görüşü keçirəcək və rəqib Macarıstan yığması olacaq.