
Millimiz Belarusa böyük hesabla uduzdu
- 28 İyn 2025 23:40
- 31
Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.
Rekord.az xəbər verir ki, A milli Belarus yığması ilə qarşılaşıb.
Jodinodakı “Torpedo” stadionunda təşkil olunan oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ikinci yoldaşlıq oyunu iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.