Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Rekord.az xəbər verir ki, millimiz iyunun 2-də Minskdə Milli Olimpiya Stadionunda Belarus yığması ilə qarşılaşacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə oyunun saatı ilə bağlı əlavə məlumat veriləcəyi diqqətə çatdırılıb.