
Millilərimiz Türkiyədə təlim-məşq toplanışına start veriblər
- 16:00
- 45
Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışının ilk mərhələsinə start veriblər.
Rekord.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandalar taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.
Hazırlıq prosesinə mayın 9-da yekun vurulacaq.
Təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd iyul və avqust aylarında baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.