“Milan”ın koronavirusa yoluxan futbolçusu Rafael Leao sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Koronavirusa qalib gələn 21 yaşlı hücumçu artıq komandayla məşqlərə başlayıb.

Leao “Milan”ın A Seriyasının ilk turunda “Bolonya”nı məğlub etdiyi oyunda (2:0) iştirak etməyib.