"Milan" klubu ulduz futbolçu Zlatan İbrahimoviçin karyerasını bitirməsini istəmir.

Rekord.az xəbər verir ki, klub rəhbrəliyi ən azı növbəti mövsümdə də futbolçunun meydançada olmasını istəyir.

Lakin məsələ ondadır ki, 41 yaşlı futbolçu dizindən zədə alıb və ağır zədə olduğunu nəzərə alaraq, mövsümün sonunda futboldan getmək istəyir.