
“Milan” futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satdı
- 10 İyl 2025 21:30
- 70
“Milan”ın heyətində ayrılıq baş verib.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandanın əsas sol cinah müdafiəçisi Teo Ernandes Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.
Daha əvvəl yayılan xəbərlərə əsasən, “Əl-Hilal” bu transfer üçün “Milan”a 25 milyon avro ödəyəcək. Ernandesin üç illik müqavilə qarşılığında bonuslar xaric 60 milyon avro qazanacağı vurğulanır.
27 yaşlı müdafiəçi “Milan”a 2019-cu ilin yayında “Real”dan keçmişdi. O, “rossoneri”nin heyətində bütün turnirlərdə 262 oyun keçirib, 34 qol vurub və 45 məhsuldar ötürmə ilə yadda qalıb.