
"Milan" braziliyalı futbolçunun transfer hüquqlarını da aldı
- 07 İyl 2022 23:50
- 460
“Milan” braziliyalı yarımmüdafiəçisi Junior Messiasın transfer hüquqlarını alıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, "rossonyerlər" "Krotone"yə məxsus olan 31 yaşlı braziliyalı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.
Xatırladaq ki, "Milan" Messiası ötən ilin yayında "Krotone"dən icarəyə götürmüşdü.