Mikels Nasimovun rekordunu təkrarladı
- 16:00
- 37
Coy Lens Mikels Misli Premyer Liqasının 2025/2026 mövsümündə 15-ci qolunu vurub.
Rekord.az xəbər verir ki, o, "Sabah"ın "Sumqayıt"la ev oyununda (3:1) fərqlənib.
Almaniyalı hücumçu Premyer Liqada 2-ci dəfə ən azı 15 qol səddini keçir. O, 2022/2024 mövsümündə 17 qola sevinib.
Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner olub. Ona qədər yalnız Bahodir Nasimov bunu bacarıb. Özbəkistanlı forvard "Neftçi"nin heyətində 2010/2011 mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənib.