PSJ 2021/22 mövsümünü klub rekordu olan 700 milyon avro gəlirlə başa vuracaq.

Rekord.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, bu göstərici Paris klubunun gəlirinin 637,3 milyon avro təşkil etdiyi 2018/19 mövsümünün nəticəsini üstələyir.

Xəbərdə bildirilir ki, argentinalı hücumçu Lionel Messi ilə müqavilə imzaladıqdan sonra PSJ-nin 11 yeni sponsorluq tərəfdaşı var. Buradan ümumi gəlir 310 milyon avroya çatmalıdır.

Eyni zamanda, 34 yaşlı argentinalının transferi forma satışına da təsir edib. Satılan formaların ümumi sayı 1 milyon ədəd olub. Onların 60 faizi Messinin adı ilə olan formalardır.

Oyunlardan gəlir də ötən mövsümdəki 93 milyon avrodan bu il 132 milyon avroya yüksəlib. Gəlirlərin 2022/23 mövsümündə artmağa davam edəcəyi gözlənilir.